Zaqatalada 8 yaşlı qız zəhərlənib

Zaqatalada 8 yaşlı qız zəhərlənib
10:06 9 Yanvar 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada 8 yaşlı qız dərmandan zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Aşağı Tala kənd sakini, 2007-ci il təvəllüdlü  Şəbnəm Vəli qızı Butayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
 
Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 8 yaşlı Şəbnəm Butayeva bilməyərəkdən bir neçə dərman qəbul etdikdən sonra zəhərlənib.
 
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəbnəm Butayevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR