“Kara Sevda”nın Emiri azərbaycanlı aktrisa ilə EYNİ FİLMDƏ - FOTO

“Kara Sevda”nın Emiri azərbaycanlı aktrisa ilə EYNİ FİLMDƏ - FOTO
19:03 13 Sentyabr 2017
396 Şou
Ölkə mətbuatı
A- A+

“Mirvari sırğalı qız”, “Hannibal” kimi filmlərin rejissoru Piter Vebber İstanbula gəlib.

Publika.az xəbər verir ki, orada bir sıra görüşlər keçirən sənətçi azərbaycanlı aktrisa Könül Nağıyevaya və “Kara Sevda” serialından tanıdığımız aktyor Kaan Urqancıoğluna yeni filmində oynamalarını təklif edib.

Onlardan razılıq alan rejissor sənətçilərlə fotosunu instaqram hesabında paylaşaraq bunları yazıb.

“İstanbula baş çəkdiyim üçün çox şadam. Könül Nağıyeva və Kaan Urqancıoğlu ilə görüşüb yeni layihəmi müzakirə etdik. Çəkilişləri Türkiyədə həyata keçirmək istəyirəm. Kaan və Könül cütlük olaraq çox əla görünürlər”.

Qeyd edək ki, Piter Vebber filmin təfərrüatları barədə hələki məlumat verməyib.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/213249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR