Məşhur aparıcıdan 8 dəfə ərdə olan keçmiş sevgilisi haqqında GÖZLƏNİLMƏZ AÇIQLAMA

Məşhur aparıcıdan 8 dəfə ərdə olan keçmiş sevgilisi haqqında GÖZLƏNİLMƏZ AÇIQLAMA
19:13 13 Sentyabr 2017
468 Şou
Ölkə mətbuatı
A- A+

Nihat Odabaşı keçmiş sevgilisi Seda Sayan haqqında gözlənilməz etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Nihat Doğan Seda Sayanın onun sayəsində daha çox pul qazanmağa başladığını irəli sürüb. O, bu barədə Beyaz tv-də aparıcısı olduğu “Söylemezsem olmaz” verilişində deyib:

"Seda Seyan mənə çox dəstək olub. Televiziyadakı nailiyyətimi ona borcluyam. Ən böyük taktikaları ondan öyrəndim. Eyni zamanda mənim də onun həyatında rolum olub. Biz sevgili olanda Seda Sayan daha çox pul qazanırdı, ayrılanda isə qazancı azaldı. Onun üçün yazdığım mahnı və reklam musiqiləri sayəsində reytinqi yüksəldi. Lakin onun da mənə faydası olduğunu inkar etmirəm".

Məlumat üçün bildirək ki, Seda Sayan 8 dəfə ərdə olub. Amma müğənnin ən çox gündəmdə qalan sevgi macərası özündən 16 yaş kiçik Nihat Doğanla münasibətidir. Elə məhz bu macəranın sayəsində Türkiyə mediası Nihat Doğanı “izləməyə” başlayır və belə demək mümkünsə, gənc sənətçinin bugünkü populyarlığının bir səbəbi də Seda Sayan olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/213245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR