“İnsanlara pislik etmək, fitnə-fəsad mənlikdir” - “Əli və Nino”nun aktrisası - FOTOLAR

“İnsanlara pislik etmək, fitnə-fəsad mənlikdir” - “Əli və Nino”nun aktrisası - FOTOLAR
13:18 14 Sentyabr 2017
195 Şou
Ölkə mətbuatı
A- A+

Gənc aktrisa Xumar Səlimova tədbirlərin birində fotoqrafımızın obyektivinə pozalar verib.

Publika.az xəbər verir ki, heyvanlara qarşı olan həssaslığından danışan aktrisa onları çox sevdiyini deyib: “Heyvanları çox sevirəm. Düşünürəm ki, qayğıya ehtiyacları var. Çünki onların dili yoxdur. Daha zəif və kimsəsizdirlər”.

Xəzər TV-də yayımlanan “Lal Yuxu” serialına çəkildiyini bildirən aktrisa ekran işində ən mənfi obrazı canlandırır: “Mənim xarakterim fərqli olsa da, Nuray obrazı mənimlə bütünləşib. İlk başlarda çətinlik çəkirdim, çünki həyatda əsla elə biri deyiləm. İnsanlara pislik etmək, fitnə-fəsad mənlikdir desəm, yalan olar. Belə insanlardan da maksimum uzaq gəzirəm. Düşünürəm ki, insanın mənəvi dünyası yaxşılıq və xoş enerji ilə dolu olarsa, həyatda da işləri yolunda gedər. Ən başlıcası isə dürüst olmaq lazımdır, mənim obrazım “Nuray” kimi yox”.

Serialla bərabər rejissor Babək Şirinsifətdən film təklifi alan Xumar Səlimova komediya filminə çəkiləcəyini bildirib: “Kinostudiyanın komediya filmi var. Razılıq əldə olunarsa, həm “Lal yuxu” ilə işbirliyim davam edəcək, həm də bu ekran işində məni görəcəksiniz”.

İndiyədək heç kimdən örnək götürmədiyini bildirən aktrisa məsləhətlərə qulaq asmağı sevmədiyini söyləyib: “Hər kəsin öz praktikası var və məsləhətlərə qulaq asmağı sevmirəm. Bəlkə də bu səhvdir. Amma mənə görə hər kəsin həyatındakı hadisələr və situasiyalar fərqlidir. İnsan ibrət götürməklə deyil, praktikayla mükəmməlləşir”.

Qeyd edək ki, Xumar Səlimova indiyədək “Əli və Nino”, “Oğlan evi” və başqa filmlərdə rol alıb.

Pərviz Hüseyn,

Foto: Elnur Muxtar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/213320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR