Bakı Ali Neft Məktəbinin professoru Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib

Bakı Ali Neft Məktəbinin professoru Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib
10:12 9 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 10:10 ]


Bakı – APA. Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib.

 

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, o, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.

 

Professor Fuad Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor kimi çalışıb.

 

2014-cü ilin yanvar ayından BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professorudur. O, 120 elmi əsərin və monoqrafiyaların müəllifi, 20 patentin sahibidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR