İŞİD jurnalistləri edam etdi

İŞİD jurnalistləri edam etdi
10:12 9 Yanvar 2015
211 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması iki jurnalisti edam edib.

Anspress-in məlumatına görə, bu barədə France Press xəbər agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, İŞİD-in Liviyadakı döyüşçüləri iki tunis jurnalisti edam ediblər. Terrorçular özləri bu barədə açıqlama veriblər.

Terrorçular bildirirlər ki, edam edilənlər 2014-cü ilin sentyabrında itmiş Sofen ŞurabiNadir Ktarindir.

Tunis hakimiyyəti hələlik jurnalistlərin edam edilməsini təsdiqləməyib.

Qeyd edək ki, İŞİD-çilər bundan əvvəl də amerikalı, fransalı və britaniyalı jurnalistləri də edam etmişdilər. Onların başlarını kəsmişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR