Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
12:22 15 Sentyabr 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/senbe-gunu-azerbaycanda-musahide-olunacaq-hava-proqnozu-aciqlanib589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR