Öldürdü, üzünün dərisini soydu - VİDEO

Öldürdü, üzünün dərisini soydu - VİDEO
10:17 9 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə üzünün dərisi soyulmuş kişi cəsədi tapılıb

“Qafqazinfo” sabah.com-a istinadən xəbər verir ki, cəsəd Mersin şəhəri, Üseli məhəlləsində aşkarlanıb. Portağal bağında meyvə yığmaq üçün gələn Günay Boz adlı şəxs cəsədi görüb. Əvvəl məhəllə idarəsinə, sonra isə polisə xəbər verib.

Hadisə yerinə gələn polislər cəsədi incələməyə başlayıblar. Məlum olub ki, 40-45 yaşlarında olan kişi cəsədinin boğazı kəsilib, tanınmaması üçün üzünün dərisi soyulub.

Cəsəd Mersin Tibb fakültəsi Xəstəxanasının morquna yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR