London polisi metroda əlində bıçaq olan şəxsi saxlayıb

London polisi metroda əlində bıçaq olan şəxsi saxlayıb
02:52 16 Sentyabr 2017
186 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları "Acton Town" metrostansiyasının bağlanmasına səbəb olan əli bıçaqlı şəxsi saxlayıblar.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə yerli polis özünün "Twitter"ində məlumat yayıb.
"Polislər Deyv və Çim metroda əlində bıçaq olan şəxsi saxlayıblar. Onun əlində özünümüdafiə üçün bıçaq olub", - deyə foto ilə paylaşılmış xəbərdə bildirilir.
"Daily Express" qəzetinin məlumatına görə, həmin şəxs silah gəzdirdiyinə və narkotik saxladığına görə həbs edilib. Hadisə yeraltı "Parson Green" stansiyasında törədilmiş partlayışdan bir neçə saat sonra baş verib.
Qeyd edək ki, London polisi terror əleyhinə bölmənin araşdırdığı hadisəni terror aktı adlandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/london-polisi-metroda-elinde-bicaq-olan-sexsi-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR