Elin Süleymanov ABŞ-ın nüfuzlu radiosunda

Elin Süleymanov ABŞ-ın nüfuzlu radiosunda
06:09 16 Sentyabr 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb.

 

Müsahibə zamanı səfir E.Süleymanov sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan “Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğulayıb. Fikrin davamı olaraq, səfir “Əsrin müqaviləsi” ilə neftdən gələn gəlirlər hesabına Azərbaycanın bu gün ölkə və regionda böyük infrastruktur layihələri həyata keçirdiyini və bunun artıq öz bəhrəsini verdiyini söyləyib.

 

Həmçinin səfir veriliş zamanı Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən həftə İsrailə səfərindən bəhs edib, bunun iki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsi və praktik əməkdaşlığın təşviqi baxımından vacibliyini söyləyib. Səfər çərçivəsində onun İsrail həmkarı ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşünün həm də özlüyündə rəmzi məna daşıdığı bildirilib. “Azərbaycanın bu tarixi səfərlə bir daha İsrail ilə olan strateji müttəfiqliyini tək sözdə deyil, həm də əməli işdə də göstərmiş olduğu qeyd edib”, deyə səfir qeyd edib.

 

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6302587-azerbaijan-in-jerusalem-and-new-york-what-is-to-be-done-elin-suleymanov-azerbaijan-ambassador-to-the-us-elalusa-report-w-malcolm-hoenlein-conf_of_pres  internet səhifəsindən əldə etmək olar.

 

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR