Bazar günü hava necə olacaq? - PROQNOZ

Bazar günü hava necə olacaq? - PROQNOZ
11:49 16 Sentyabr 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

 

Sentyabrın 17-nə olan hava proqnozu açıqlanıb. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə  19-24°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR