Yaponiyada güclü tayfun

Yaponiya aviaşirkətləri ölkəyə yaxınlaşmaqda olan güclü "Talim" tayfunu səbəbindən reyslərin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıblar.

Metbuat.az xəbər verir ki, yerli NHK telekanalının məlumatına görə, hazırda 570-dən çox reys təxirə salınıb.

Bundan əlavə, tayfun keçib gedənə qədər Kumamoto və Kaqosimo şəhərləri arasında ekspresslərin hərəkəti dayandırılıb.

Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR