Liviyyaya yardım göndərildi

Liviyanın Sebha şəhərinə göndərilən yardımın təxminən 100 min vətəndaşın 3 ay sağlamlıq ehtiyaclarını ödəməsi gözlənilir.

Metbuat.az bildirir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. BMT-nin Liviyaya Dəstək Missiyası təşkilatının rəsmi saytında Sebhaya 10 qrup şəklində tibbi yardım ləvazimatlarının göndərildiyi qeyd olunub.

Qeyd edək ki, ölkədə Qəddafi dönəminin bitməsindən sonra siyasi gərginlik davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR