Generallar “Gəncə Marafonu”nda

Xəbər verdiyimiz kimi, bu gün “Gəncə Marafonu – 2017” keçirilib.

Metbuat.az bildirir ki, marafonda yerli və xarici olmaqla 10 mindən artıq insan iştirak edib. 

Marafona Azərbaycanın yüksək vəzifə tutan rəsmi şəxslərindən DTX-nın rəisi, general-leytenant rəisi Mədət Quliyev, DSX-nın rəisi, general polkovnik Elçin Quliyev, Gəncə şəhər icra başçısı Elmar Vəliyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, millət vəkili Qənirə Paşayeva, tanınmış idmançı Zabit Səmədov, müğənni Röya və digər məşhurlar da qatılıb. 

Birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb. 

Qadınlar arasında isə birincilik Ukrayna vətəndaşı Valentina Poltavskaya nəsib olub. // Qafqazinfo


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR