Fransada hava limanında bomba həyəcanı

Fransada Şarl de Qoll hava limanında Londona səfərə hazırlaşan təyyarənin sərnişinləri endirilib və içəridə axtarış aparılıb.

Metbuat.az bildirir ki, səhər saatlarında "British Airways" şirkətinə məxsus təyyarədə bomba təhlükəsi olduğuna görə təhlükəsizlik qüvvələri dərhal fəaliyyətə başlayıb. Sərnişinlərin təxliyyə olunmasından sonra təyyarədə axtarışlar həyata keçirilib.

Bir neçə saatdan sonra hər şeyin qaydasında olduğu bildirilib və sərnişinlər təyyarəyə qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR