Küveytdən Şimali Koreyaya etiraz

Küveyt yeni raket sınağına etiraz edərək Şimali Koreya səfirindən ölkəni tərk etməsini tələb edib.

Metbuat.az bildirir ki, Küveyt Şimali Koreyanın diplomatik nümayəndəliyinin sayını azaltmağa qərar verib. Ölkədə yalnız diplomatik missiyanın rəhbəri vəzifəsini icra edən və daha üç diplomat qalacaq. 

Məlumata əsasən, Şimali Koreyanın səfiri bu qərardan xəbərdar olduğunu və sentyabrın sonuna qədər Küveyti tərk edəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR