Mosulda güclü partlayış

Mosulun qərbində sünnü tayfa qüvvələrinin hərbi təhsil mərkəzi olaraq istifadə etdiyi bir məktəbə yerləşdirilən bombanın partladılması nəticəsində 15 nəfər ölüb, 23 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, insident Məciran kəndində qeydə alınıb.

Ölənlər və yaralananlar arasında qadın və uşaqlar var.

Hadisə qurbanlarının bir hissəsi partlayışın gücü nəticəsində dağılan binanın yaxınlığında olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR