Fransada Avropa irsi günü qeyd olunur

Fransada Avropa irsi günü qeyd olunur
18:12 17 Sentyabr 2017
212 Maraqlı
Ölkə mətbuatı
A- A+

Paris. 17 sentyabr. REPORT.AZ/ Fransada Avropa irsi günü təntənəli surətdə qeyd olunur.
"Report"un Fransa bürosu məlumat verir ki, Avropa irsi günü münasibətilə ölkənin rəsmi binaları və milli muzeyləri öz qapılarını ictimaiyyətin üzünə açıb.
Fransalılar və bu ölkədə qonaq olan bütün turistlər hər il sentyabrın ortaları olduğu kimi bu il də Prezident ofisi, Milli Assambleya, nazirlik və digər rəsmi orqanların yerləşdikləri tarixi binaların məftunedici gözəllikləri seyr edirlər.
Avropa Şurası tərəfindən 1991-ci ildə irəli sürülmüş bu təklif Fransa ilə yanaşı Böyük Britaniya, Finlandiya və qitənin digər ölkələrində müvəffəqiyyətlə həyata keçirilir.
Lakin tarixdə ilk dəfə Fransa mədəniyyət nazirinin təşəbbüsü ilə "Tarixi abidələrə açıq qapı" hələ 1984-cü ildən Fransada təşkil edilməyə başlayıb.
Vüsalə İsmətqızı

















Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/fransada-avropa-irsi-gunu-qeyd-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR