Tramp Şimali Koreya prezidentinə ləqəb qoyub

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inı "Raket insan" adlandırıb.

Metbuat.az bildirir ki, dövlət başçısı bununla bağlı özünün "Twitter" hesabında yazıb.

"Dünən Cənubi Koreyanın prezidenti Munla danışdım. "Raket insan"ın necə yaşadığını soruşdum. Şimali Koreyada yanacağa görə uzun növbələr yaranıb. Pisdir", - deyə o yazıb.

Tramp avqustun sonunda KXDR-in raket buraxması barədə məlumatlandırılıb.

Avqustun 26-da Şimali Koreya sahillərindən Yapon dənizi istiqamətinə bir neçə kiçik məsafəli raket atılıb. Mərmilərdən biri startdan dərhal sonra partlayıb. Daha iki mərmi isə 250 kilometrədək uçub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR