ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var

ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var
19:52 17 Sentyabr 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ-da yüngülmühərrikli "Cirrus SR22" təyyarəsi qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Xəbərdə bildirilir ki, Fort-Kollins şəhərindən səmaya qalxaraq Moava (Yuta ştatı) doğru uçan təyyarə Kolorado ştatında, Denverdən 270 kilometr qərbdə qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə bir ailənin 4 üzvü olub. Onların hamısı qəzada həlak olub. Ölənlərin şəxsiyyəti açıqlanmır. 
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri məlum deyil. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-teyyare-qezasi-bas-verib-olenler-varry

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR