Viktor Valdes rəsmən "Mançester Yunayted"də - FOTO

Viktor Valdes rəsmən "Mançester Yunayted"də - FOTO
10:22 9 Yanvar 2015
202 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" klubu Viktor Valdesin transferini rəsmiləşdirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
 
Ötən ilin mart ayında zədələnən 33 yaşlı qapıçı 3 ay idi ki, "Mançester Yunayted"in məşqlərində iştirak edirdi.

""Mançester Yunayted"in formasını geyinmək böyük qürurdur. Buraya gəldiyim ilk günlərdə "Mançester Yunayted" yazısını gördüyümdə özümü yuxuda hiss etdim", - deyə Valdes bildirib.
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valdes 2002-2014-cü illərdə Kataloniya təmsilçisinin şərəfini qoruyub.

Milli.Az

 



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR