Meteohəssas insanlara 3 günlük XƏBƏRDARLIQ

Meteohəssas insanlara 3 günlük XƏBƏRDARLIQ
12:24 18 Sentyabr 2017
381 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  17-21° isti, gündüz  30-35° isti, Bakıda gecə  18-20°, gündüz  33-35° isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhərlər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR