Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

Bu yaxınlarda Meksika, Yaponiya, İndoneziya, İran, Türkiyədə dağıdıcı zəlzələlər baş verib. Bəs, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilir?

Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Metbuat.az-a açıqlamasında bildirib ki, zəlzələnin proqnozu yoxdur.  

"Dünyada zəlzələnin dəqiq proqnozu olmadığından, heç nə deyə bilmərik. Azərbaycanda seysmik baxımından aktiv olan zonalar var. Bölgələrə gəldikdə isə, müəyyən vaxtlarda hiss olunan və olunmayan zəlzələlər baş verir”. 

Qeyd edək ki, Azərbaycanda ən aktiv seysmik zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Apteklərdəki endirim hansı dərmanlara aiddir? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR