London metrosunda terror aktının törədilməsində şübhəli bilinən iki nəfərdən birinin adı məlum olub

London metrosunda terror aktının törədilməsində şübhəli bilinən iki nəfərdən birinin adı məlum olub
13:57 18 Sentyabr 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 sentyabr. REPORT.AZ/ London metrosunda terror aktının törədilməsində şübhəli bilinən iki nəfərdən birinin adı məlum olub.
"Report" TASS-a istinadən xəbər verir ki, Britaniya KİV-ləri sentyabrın 16-da həbs edilmiş 21 yaşlı Yəhya Fərruxun adının (Yahyah Farroukh) "Parsons Green" stansiyasındakı partlayışa dair işdə hallandığını və onun suriyalı qaçqın olduğunu yazıblar.
Qeyd edək ki, sentyabrın 15-də "Parsons Green" yerüstü stansiyasında insanlarla dolu vaqonda partlayış baş verib.
Polisin dediyinə görə, partlayıcı qurğu tam işə düşməyib. Terror aktı nəticəsində 30 insan xəsarət alıb.
İŞİD terrorçu qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/london-metrosunda-terror-aktinin-toredilmesinde-subheli-bilinen-iki-neferden-birinin-adi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR