Hamiləlikdə boğaz ağrısı zamanı

Hamiləlik zamanı və yaxud normal vaxtlarda yaranan boğaz ağrısı insana əziyyət verir.

Metbuat.az xəbər verir ki, havalar soyuduqca qrip infeksiyaları çox yayılır. Bu problemdən xüsusilə, hamilə qadınlar əziyyət çəkir. Hamiləlik bədənin həssas və daha kövrək olduğu dövrdür. Təcrübəli ana namizədlər bu dövrdə dərman istifadəsindən qaçır. Bu səbəblə, təbii bitki mənşəli üsullara baş vrururlar. 

Boğaz ağrısı şiddətli deyilsə, bir stəkan çay ağrıya yaxşıdır. Çayı bir miqdar bal və limonla dadlandıra bilərsiniz. Yuxu problemi yaşamamaq üçün çay istəməyən ana namizədlər ilıq suyun içərisinə bir neçə damcı limon və bir çay qaşığı bal əlavə edib içə bilər.

Zəncəfil çayı hamiləlikdə yaranan boğaz ağrısı üçün istifadə edilə bilər. Zəncəfili sürtgəcdən keçirib 5 dəqiqə qaynadın. Qaynayan zəncəfil suyunu süzüb, içərisinə bal və limon əlavə edə bilərsiniz.

Gün içərisində çox soyuq olmayan suya bir çay qaşığı duz əlavə edilərək 2 dəfə qarqara suyu olaraq istifadə edilə bilər.

2-3 diş sarımsağı yaxşıca çeynədikdən sonra udun. Təbii antioksidant olan sarımsaq boğaz ağrısına faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Qaraciyər yağlanmasını yox edən qarışıq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR