Daha bir küçədə yol genişləndirilib

Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb.

“Azəravtoyol”ASC-dən Metbuat.az-a verilən məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir.

Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.

Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib

Türkiyə qırıcılarına həyəcan siqnalı verildi - SON DƏQİQƏ - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR