O xəritə 1993-cü ildə hazır idi: ABŞ-ın ŞOK PLAN

O xəritə 1993-cü ildə hazır idi: ABŞ-ın ŞOK PLAN
17:38 18 Sentyabr 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum bölgədə gərginliyi daha da artırıb.

Publika.az xəbər verir ki, Türkiyə KİV-inin yazdığına görə, ABŞ gizli şəkildə referenduma dəstək verdiyi halda, “ləğv edin!” və ya “təxirə salın! kimi açıq çağırışlar edir.

Ekspertlərin fikrincə, ABŞ başqa bir planın icrasını davam etdirir: PKK dövləti.

“Habertürk” saytının yazarı Sərdar Turqut 1993-ci ildə Vaşinqtonda jurnalist işlədiyi dövrdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) siyasi planlaşdırma qurumunda çalışan bir məmurla görüşüb. Amerikalı məmur ona Vaşinqtonun kürdlərlə bağlı planının təsvir edən xəritəni göstərib.

“Bir gün Pentaqonun siyasi planlaşdırma qurumunda çalışan mülki məmur məni iş yerinə dəvət etdi. Onu məmur adlandırsam da, söylədikləri ciddi qəbul edilməlidir. Çünki bu şəxs Körfəz müharibəsi dövründə Türkiyə masasının şefi idi. O dövrdə “Neocon” (Qruu ABŞ-da Türkiyənin düşməni kimi təqdim edilir –red.) qrupunun əsas adamlarından idi və Riçard Perle ilə yaxınlıq edirdi. O gün Pentaqona müəyyən edilən vaxtdan tez getdim. Qapının açılmasını gözləmədən içəri girdim. O masada bir xəritə açdı. Masanın ətrafında dörd nəfər var idi. O gün otaqda olanlar arasında kürd muxtariyyətində yüksək vəzifəyə gələnlər üstünlük təşkil edirdi. PKK-nın Vaşinqton üzrə nümayəndəsi, həmçinin Tələbani və Bərzaninin nümayəndələri orada idi. Masadakı xəritədə bölgəmizdə qurulacaq bir kürd dövlətinin xəritəsi idi. Mənim mənbəm çox məlumatlı və ağıllıdır. Xəritə həmin gün mənə göstərildi”, - Sərdar Turqut yazıb.

Onun sözlərinə görə, həmin xəritədə təsvir olunan plan hazırda icra olunur:

“Bu xəritə 1993-cü ildə artıq ABŞ-ın əlində idi. Ancaq uzun müddət tətbiq etmədilər. 2011-ci ildə isə xəritə yenidən aktivləşdirildi. Həmin gün Pentaqonda mənə müsahibə verən şəxsin bir neçə il əvvəl tvitterdə fotosunu gördüm. O, fotoda “Müstəqil Kürdüstan” yazılı bir forma geyinmişdi”.

Qeyd edək ki, Şimali İraq kürd muxtariyyətində müstəqillik referendumunun sentyabrın 25-də keçirilməsi planlaşdırılır. Türkiyə referenduma qarşı çıxır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/213767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR