Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş
Assambleyasının növbəti sessiyasında iştirak üçün Nyu-Yorka yola
düşüb. Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb. Şimali
İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi
planlaşdırılan referendum bölgədə gərginliyi daha da artırıb.
Donbasda BMT-nin sülh missiyasının yerləşdirilməsi haqqında
Rusiyanın irəli sürdüyü qətnamə layihəsi ABŞ və Ukrayna tərəfindən
rədd edilib. Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi
tarix açıqlanıb. ABŞ Pxenyanı növbəti dəfə hədələyib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi
plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və
qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər
başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata
görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və
zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya
qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif
təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron
kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlər sentyabrın 22-dək davam edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş
Assambleyasının növbəti sessiyasında iştirak üçün Nyu-Yorka yola
düşüb. Amerika torpaqlarında yüksək səviyyədə
qarşılanan Azərbaycan liderinin mühüm görüşləri gözlənilir.
Prezidentin Nyu-York səfəri fonunda Azərbaycan Silahlı
Qüvvələrinin 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və
zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya
qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif
təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron
kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarının iştirakı ilə
genişmiqyaslı hərbi təlimlərə başlaması diqqət çəkir.
Təlimlər güman ki, əvvəldən planlaşdırılırdı, elə Prezidentin
səfəri də. Lakin bu iki məqamın üst-üstə düşməsi ötən ilin “aprel
döyüşləri”ni yada salır.
İlham Əliyev ordunu poliqona yeritdi və ABŞ-a getdi... - Qarabağla bağlı NƏ BAŞ VERİR?
Ermənistan Putinin qəzəbinə rəğmən mərkəzdənqaçma
siyasəti yürüdür, əvəzində Avropa İttifaqı ilə noyabr ayında yeni
saziş imzalamağa hazırlaşır. Nə qədər inandırıcı
görünməsə də, İrəvanın Kremlin orbitindən yayındığı, yaxud buna
çalışdığı müşahidə olunur. Lakin proseslərin son nəticəsində
Ermənistanda Ukrayna ssenarisinin yaşana biləcəyi da istisna
deyil.
“Yelk” blokunun Putinin müəllifi olduğu Avrasiya İqtisadi
İttifaqından çıxmaqla bağlı təklifi Rusiyada ciddi müzakirələrə
səbəb oldu. Moskva hesab edir ki, “Yelk” Serj Sarkisyan
hakimiyyətinin gizli layihəsidir, təklif də əslində Baqramyan 26-da
(Ermənistan Prezident Administrasiyasının ünvanı) hazırlanıb.
Sarkisyan bu təklifi “Yelk”in adından irəli sürməklə həm özünü
hədəfdən yayındırır, həm də Moskvanı şantaj edir.
Qarabağ oyunu və GİZLİ LAYİHƏ: İrəvan iki SEÇİM QARŞISINDA
Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək,
qondarma “erməni soyqırımı” abidəsinin önündə baş
əyib. R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən,
bundan böyük zövq aldığını dilə gətirib.
“23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət
etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan
böyük qürur duydum. Bundan başqa, “anma kitabı”nı imzalamaq
qürurunu da yaşadım”, - deyə o bildirib.
Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində
doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir.
Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda “soyqırımı abidəsi”nə BAŞ ƏYDİ, sonra... - FOTOLAR
Türkiyə Silahlı Qüvvələri bu gün Şırnak vilayətinin
Silopi mahalının Habur bölgəsində hərbi təlimlərə
başlayıb. Təlimlər Şimali İraqa mümkün müdaxiləyə
hazırlıq kimi qiymətləndirilir.
Habur sərhəd keçid məntəqəsi Şırnak və Şimali İraq kürd
muxtariyyətinin Zaho bölgəsi arasında keçidi təmin edir. Hərbi
ekspertləri təlimlərin kürd muxtariyyətində sentyabrın 25-də
keçirilməsi planlaşdırılan referendumla eyni ərəfədə olmasına
diqqət çəkirlər. Təlimlərin kürd muxtariyyətinin başçısı Məsud
Bərzaniyə mesaj olduğu bildirilir.
Türkiyədən qonşuya mesaj: Müharibə MƏŞQİ BAŞLADI
Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də
keçirilməsi planlaşdırılan referendum bölgədə gərginliyi daha da
artırıb. ABŞ gizli şəkildə referenduma dəstək verdiyi
halda, “ləğv edin!” və ya “təxirə salın! kimi açıq çağırışlar
edir.
Ekspertlərin fikrincə, ABŞ başqa bir planın icrasını davam
etdirir: PKK dövləti.
“Habertürk” saytının yazarı Sərdar Turqut 1993-ci ildə
Vaşinqtonda jurnalist işlədiyi dövrdə ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) siyasi planlaşdırma qurumunda çalışan bir məmurla
görüşüb. Amerikalı məmur ona Vaşinqtonun kürdlərlə bağlı planının
təsvir edən xəritəni göstərib.
O xəritə 1993-cü ildə hazır idi: ABŞ-ın ŞOK PLANI
İraq Kürd Muxtar Vilayətini ləğv
edəcəyik. Bunu Türkiyə mətbuatına açıqlamasında
İranın məşhur generalı Qasım Süleymaninin müşaviri Sadullah Zarei
söyləyib.
“Bərzaninin referendum tələbi şiddətli savaşa səbəb olacaq. Bu
savaş 1991-ci ildən bu yana İraqda mövcud olan kürd muxtariyyətinin
yox olmasına gətirib çıxaracaq”, – deyə o bildirib.
Suriya ordusu Deyr əz-Zorun şərqindəki Fərat çayını
keçərək şəhərin şimal hissələrində əməliyyatlara
başlayıb. Ordu İŞİD terrorçularını bir neçə saat
içində bəzi kəndlərdən çıxarıb.
Əməliyyat nəticəsində 10-dan çox İŞİD-çi əsir alınıb, bir neçəsi
məhv edilib. İŞİD-ə məxsus silah-sursat daşıyan avtomobil
zərərsizləşdirilib.
ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın
xarici işlər naziri Serqey Lavrov Nyu-Yorkda görüş
keçirib. Amerikanın təşəbbüsü ilə BMT Baş Məclisinin
72-ci sessiyası çərçivəsində keçirilən görüş 45 dəqiqə davam edib.
Ehtimal olunur ki, görüşdə Suriya məsələsi, Ukraynadakı vəziyyət,
KXDR-nın raketləri işə salması və iki ölkə arasındakı digər
problemlər müzakirə olunub.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyində keçirilən görüş
mətbuata qapalı keçirilib.
ABŞ və Ukrayna Donbasda BMT-nin sülh missiyasının
yerləşdirilməsi haqqında Rusiyanın irəli sürdüyü qətnamə layihəsini
müzakirə etməyə hazır deyil. Bu haqda Rusiya BMT-dəki
daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri
üzrə komitənin sədr müavini Frans Klinseviç qətnamə layihəsinin
Vaşinqton və Kiyev tərəfindən rədd edilməsini şərh edib. Senatorun
sözlərinə görə, ABŞ və Ukraynaya müharibə lazımdır.
ABŞ Putinin layihəsini rədd etdi: Alternativ PLAN HAZIRLANIR
Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi
tarix açıqlanıb. Rusiya Mərkəzi Seçki Komissiyası
prezident seçkilərini 2018-ci il martın 18-ə təyin edib.
Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən prezident
seçkiləri əvvəlki seçkilərin keçirildiyi ayın ikinci bazar günü
keçirilməlidir. 2012-ci ildə prezident seçkiləri martın 4-ü baş
tutmuşdu.
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa
vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən nəzarət edilən çox ciddi layihə
ilə əlaqəsi var. Bunu Rusiyanın “Müstəqil qəzet”
nəşrinə müsahibəsində Gürcüstan parlamentinin keçmiş spikeri Nino
Burdjanadze deyib.
“Layihənin məqsədi 2018-ci ildə Rusiya üçün ciddi problemlər
yaratmaqdır. Layihə Rusiya üçün əhəmiyyətli olan iki ən böyük
hadisə ilə bağlıdır. Çoxları futbol üzrə dünya çempionatının
Rusiyadan alınması və prezident seçkilərinə təsir göstərmək arzusu
ilə alışıb yanırlar. Saakaşvili belə planın icrası üçün əla
namizəddir”, - Burdjanadze bildirib.
Burdjanadzenin bəyanatını Rusiya parlamentinin hər iki
palatasının nümayəndələri şərh ediblər.
ABŞ 2018-ci ildə Rusiyada... –MKİ-nin planı İFŞA EDİLDİ
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi
təmsilçisi Nikki Heyli BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın
nüvə proqramını nəzarət altına alacaq planların artıq tükəndiyini
deyib. Onun sözlərinə görə, ABŞ artıq Şimali Koreya
problemini Pentaqona həvalə etməyə hazırlaşır.
N.Heyli bildirib ki, Şimali Koreya “əttökən” nüvə proqramına
davam etdiyi təqdirdə ABŞ özünü və mütəffiqlərini müdafiə etmək
məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq.
ABŞ-dan XƏBƏRDARLIQ: Şimali Koreya YOX OLACAQ
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/213777.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)