Dubay elektrik enerjisi şəhəri olacaq - FOTO

Dubay elektrik enerjisi şəhəri olacaq - FOTO
23:33 18 Sentyabr 2017
195 Dünya
Ölkə mətbuatı
A- A+

Dubayda dünyanın ən iri günəş elektrik stansiyasının inşasına başlanılıb.

Publika.az xəbər verir ki, "The National" nəşrinin yayımladığı məlumata görə, sözügedən möhtəşəm layihə dünya mediasının diqqətini çəkib. Birləşmiş Ərəb Əmirlikləri alternativ elektrik enerjisi əldə edəcək mənbələrin alınması istiqamətində ciddi işlər görür. Dubay dünyada günəş batareyası ilə işləyən ən böyük elektrik stansiyaların mərkəzi olmağı hədəfləyir.

Layihəyə əsasən, günəş batareyasının hündürlüyü 260 metr olacaq. Bu, təxminən 700 meqavatt elektrik gücü əldə etməyə şərait yaradacaq. Layihə üzərində Çin və Səudiyyə Ərəbistanından olan podratçılar çalışacaq.

Dubay yenilənən mənbələr sayəsində 2030-cu il üçün elektrik enerjisinə 25%, 2050-ci ildə isə 75% qənaət etməyi planlaşdırır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/213792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR