Azərbaycanda daha iki BOKT-a yeni direktor təyin edilib

Azərbaycanda daha iki BOKT-a yeni direktor təyin edilib
09:42 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Fintrend” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.
“Report” xəbər verir ki, bu, Rüfət Cəfərovdur.
O, yeni vəzifəsində Fuad Hacıyevi əvəz edib.
Bundan başqa, “Regional” MMC BOKT-a rəhbərlik edən Fərid Rəhimov vəzifəsindən azad edilib. Onun yerinə Ziya Babayev təyin olunub.
Xatırladaq ki, bu kredit təşkilatlarının hər biri 300 min manatlıq nizamnamə kapitalı ilə 2014-cü ildə fəaliyyətə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-daha-iki-bokt-a-yeni-direktor-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR