Şahin Mustafayev: "Bərk məişət tullantılarının idarə olunması sistemi bütün ölkəni əhatə edəcək"

Şahin Mustafayev: "Bərk məişət tullantılarının idarə olunması sistemi bütün ölkəni əhatə edəcək"
11:17 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Dünya Bankı (DB) ilə əməkdaşlığımız Azərbaycanın inkişafına xidmət edir". "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov DB iıə Azərbaycan arasında əməkdaşlıqdakı roluna görə mükafatlandırılması zamanı çıxışında bildirib.
"184 üzv ölkəyə DB tərəfindən eyni münasibət bəslənilir. Azərbaycan 1992-ci ildən üzv olsa da, əməli əməkdaşlıq 1995-ci ildən başlayıb. Həmin il DB ilə əməkdaşlıq yeni fazaya qədəm qoyub və ilk makroqitisadi stabilləşdirmə proqramına başlanılıb", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın uğurlu iqtisadi siyasətinin nəticəsində DB ilə əməkdaşlıq da vacib rol oynayıb: "Azərbaycanda adambaşına gəlir o zaman aşağı idi. Beynəlxalq İnkişaf Assosiasiyası ilə əməkdaşlıq edib, aşağı faizli kreditlər əldə edirdik. İndi adambaşına gəlir yüksəlib, Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub və artıq DB ailəsinə daxil olan beş qurumla fəal əməkdaşlıq edir". 
Toplantıda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev isə Azərbaycanın iqtisadi ticarət partnyoru olan ölkələrin ümumi sayının 180-ə çatdığını, ölkənın xarici investisiyalar üçün münbit məkana çevrildiyini və indiyədək toplam olaraq 200 mlrd. dollardan çox investisiya yatırıldığını bildirib.
"O cümlədən, 76 mlrd. dollardan çox birbaşa investisiya cəlb olunub. Bunlar beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olub. Bu sahədə Dünya Bankı ön sıradadır. DB ilə əməkdaşlıq çoxşaxəlidir və bütün layihələrində şəffaflıq təmin olunub. Xüsusilə də özəl sektorun inkişafında DB-nin rolu qeyd olunmalıdır", - deyə nazir əlavə edib.
Ş.Mustafayev həmçinin Bakıda yaradılan bərk məişət tullantılarının idarə olunması sisteminin bütün ölkəni əhatə edəcəyini də qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/sahin-mustafayev-berk-meiset-tullantilarinin-idare-olunmasi-sistemi-butun-olkeni-ehate-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR