Nazir: "ABB-nin özəlləşdirməqabağı tədbirlərinin icrasına başlamaq olar"

Nazir: "ABB-nin özəlləşdirməqabağı tədbirlərinin icrasına başlamaq olar"
11:52 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirməqabağı tədbirlərin həyata keçirilməsinə başlamaq olar".
"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
"EBRD rəhbəri Azərbaycanda səfərdə olan zaman bu məsələ ilə maraqlanıb. Şübhəsiz ki, onlar öz maraqlarını bildiriblər ki, bu proseslərdə iştirak etsinlər. Biz də bu müzakirələri gələcəkdə davam etdirəcəyik", - deyə nazir əlavə edib. 
Digər təşkilatların marağına gəlincə S.Şərifov bildirib ki, hələ ki, bu barədə danışmaq bir qədər tezdir: "Hazırlıq işləri aparılacaq. Müvafiq təcrübəli və beynəlxalq aləmdə nüfuzu olan məsləhətçilər bu prosesə cəlb olunacaq və bunun əsasında özəlləşdirmə strategiyası formalaşdırılacaq. Bundan sonra strategiya hökumət tərəfindən qəbul edildiyi təqdirdə, özəlləşdirmə açıq elan ediləcək".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nazir-abb-nin-ozellesdirmeqabagi-tedbirlerin-icrasina-baslamaq-olar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR