Uşağı məktəbə göndərərkən bunlara əməl edilməlidir

"Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyimi, çantası valideyn tərəfindən diqqətdə saxlanmalıdır". 

Bunu Metbuat.az-a açıqlamasında Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib: “Valideynlər ilk növbədə, uşağın sağlamlığına diqqət etməlidir. Xəstə halda uşaqları məktəbə göndərmək olmaz. Uşağı həddindən artıq isti geyimlərlə geyindirmək düzgün deyil, bu hal immunitet sisteminin zəifləməsinə səbəb olur. Məktəb çantasının ağırlığı da problemlərdən biridir. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı, daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir”.

Baş pediatr valideynlərə məsləhət görür ki, uşaqları evdə qidalandırın. Məktəbdə isə çalışın ki, dövlət tərəfindən nəzarət əsasında hazırlanan təzə yeməklərdən yesinlər.

“Quru yeməklər, fastfud qidaları qəti şəkildə uşaqlara vermək olmaz. Səhər isti sıyıqlarla qidalanmaya üstünlük verilməlidir. Belə ki, səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır”.

Aysel Yaqubqızı / Metbuat.az

Uşağın cinsiyyətini ata müəyyən edir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR