“Abşeron” yatağından ilkin qazın hasilatı 2019-cu ilin sonuna planlaşdıırlır

“Abşeron” yatağından ilkin qazın hasilatı 2019-cu ilin sonuna planlaşdıırlır
12:47 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu ilin sonundan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında kəşfiyyat qazması davam etdiriləcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi mətbuata bildirib.
Onun sözlərinə görə, qazma işləri Heydər Əliyev adına yarımdalma qazma qurğusundan həyata keçiriləcək.
“Hazırda Hasilatın Pay Bölgüsü sazişi üzrə podratçı ("Total" şirkəti)  tərəfindən “Abşeron” yatağının İşlənmə Proqramı hazırlanır”, - deyə o, qeyd edib. 
X.Yusifzadənin sözlərinə görə, bu ilin noyabrında İşlənmə Proqramının SOCAR-a təqdim edilməsi nəzərdə tutulur. Yataqdan ilkin qazın hasilatı isə 2019-cu ilin sonuna planlaşdıırlır.
Xatırladaq ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator - 40%), SOCAR (40%) və "Engie" (20%) iştirak edir.
Abşeron” yatağının I fazasından 1,5 mlrd. kubmetr qaz, 2022-2023-cü illərdə isə II fazadan 

5 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abseron-yatagindan-ilkin-qazin-hasilati-2019-cu-ilin-sonuna-planlasdiirlir-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR