Bu il daha 300 dövlət müəssisəsi özəlləşdirilə bilər

2017-ci ilin sonuna qədər dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə daxil olmalar 100 milyon manatı keçəcək.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər təxminən 300 dövlət obyekti və müəssisəsinin özəlləşdirilməyə çıxarılması planlaşdırılır.

K.Həsənov qeyd edib ki, bu günə qədər özəlləşdirilməyə 1100-dən yuxarı dövlət obyekt və müəssisəsi çıxarılıb: "Ümumilikdə, özəlləşdirilmə nəticəsində dövlət büdcəsinə 93 milyon manat daxil olub".//Trend

"Beşiktaş"-dan möhtəşəm oyun - VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR