KİV: Rusiyada təlimlər zamanı helikopter insanlara raket buraxıb, yaralılar var

KİV: Rusiyada təlimlər zamanı helikopter insanlara raket buraxıb, yaralılar var
13:47 19 Sentyabr 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sankt-Peterburq yaxınlığındakı Luqa poliqonunda "Qərb-2017" təlimləri zamanı fövqəladə hadisə baş verib. "Ка-52" helikopteri təsadüfən tamaşaçılara tərəf raket buraxıb. "Report" "66.ru" portalına istinadən xəbər verir ki, tamaşaçılardan iki nəfər yaralanıb.
Mənbənin məlumatına görə, "hava-yer" raketləri ehtiyatsızlıqdan buraxılıb və raketin hissələri jurnalistlərə dəyib. 
Hadisə zamanı iki nəfər ağır yaralanıb, bir neçə avtomobil yanıb.
İlkin məlumatlara görə, bədbəxt hadisə sentyabrın 17-də və ya 18-də baş verib, bu haqda rəsmi məlumat yayımlanmayıb.
Xatırladaq ki, sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Luqa poliqonunda olub. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ki-v-rusiyada-telimler-zamani-helikopter-tesadufen-insanlara-raket-buraxib-yaralilar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR