Hakerlər “CCleaner” proqramının iki milyon istifadəçisinin məlumatını ələ keçiriblər

Hakerlər “CCleaner” proqramının iki milyon istifadəçisinin məlumatını ələ keçiriblər
14:35 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

“CCleaner” proqramı haker hücumuna məruz qalıb. Hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə biliblər.

Zərərverici kod “CCleaner 5.33.6162” (avqustun 15-də çıxarılıb) proqramının 32 bitlik versiyasında və “CCleaner Cloud 1.07.3191” (avqustun 24-də çıxarılıb) versiyasında aşkar edilib. 12 sentyabr tarixində proqramın bu versiyalarının səhv işləməsi məlum olub.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, hər iki versiya təhlükəsizlik yeniləməsindən öncə kompüterin adını, IP ünvanını, quraşdırılmış proqram və şəbəkə adapterlərinin siyahısını ABŞ-da fəaliyyət göstərən xüsusi serverə göndərib.

Bu serverin fəaliyyəti sentyabrın 15-də hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb. Ehtimala görə, yoluxmuş versiyalar iki milyondan çox istifadəçi tərəfindən quraşdırılıb.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50113-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR