Bu yollara diqqət! (SİYAHI)

Bu yollara diqqət! (SİYAHI)
10:31 9 Yanvar 2015
219 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gündən intensiv yağan qar respublika ərazisində demək olar bütün yolları örtüb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda yolların əksəriyyəti qardan təmizlənib.

“Hazırda Bakı-Şamaxı yolu açıqdır. Əraziyə qar yağsa da, yollar təmizlənib. Muğanlı-İsmayıllı yolunda isə nisbətən çətinlik var. Burada qarı təmizləsələr də, yenə qar yağdığı üçün hərəkətdə çətinlik mövcuddur. Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsinə qədər yollar təmizdir. Siyəzən-Dəvəçi ərazisində isə yollarda qar var. Bu istiqamətdə hərəkət intensivliyi aşağıdır. Bakı-Qazax yolunun Sahil qəsəbəsinə qədər ərazilərdə yollarda qar var. Lakin yol təmizlənir. Hərəkət intensivliyi aşağıdır. Sahil qəsəbəsindən Qazax rayonuna qədər olan yol təmizdir. Həmin əraziyə qar yağmayıb. Şəki-Zaqatala-Qax istiqamətində isə yollara qar çox yağıb. Həmin ərazilərdə də yollar qardan təmizlənir. Ərazidə avtomobillərin hərəkəti nisbətən çətinləşib”, - deyə Kamran Əliyev bildirib.

Yol polisi bir daha sürücülərə müraciət edərək son dərəcə ehtiyatlı olmağı tövsiyyə edir. Kamran Əliyev qarlı havada təcrübəsiz sürücülərin yola çıxmamasını tövsiyyə edir.

"Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyyə edirik. Tövsiyyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır", - deyə Kamran Əliyev bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR