İslamda dəfnlə bağlı bəzi məsələlər hələ də qaranlıq qalır. Bu məsələlərdən biri də 2 ayrı insanın eyni qəbirdə basdırılması ilə bağlıdır.
Bəzi din xadimləri deyir ki, 2 insanı eyni qəbirə qoymaq olar. Əgər onlar bir-birinə məhrəmdirlərsə, bu mümkündür. Qadınla kişi basdırılarkən şəriət qaydalarına riayət etmək lazımdır. Yad kişi ilə qadın dəfn oluna bilməz.
İlahiyyatçı Hacı Fuad Pənahlı Metbuat.az-a mövzu ilə bağlı aydınlıq gətirib. Onun sözlərinə görə, İslam dinində müsəlman qəbirinin açılması haramdır. Dəfnin üstündən uzun müddət keçsə, o zaman açıb başqasını dəfn etmək olar. Ancaq qəbir mövcud olduğu halda ora başqasını da dəfn etmək günahdır.
Aysel Yaqubqızı / Metbuat.az
Avtobusların lövhəsində köhnə adları niyə yenilənmir? - Oxumaq üçün tıkla |