Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınlar üçün təhsilhaqqının ləğv edilməsi təklif edilir

Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınlar üçün təhsilhaqqının ləğv edilməsi təklif edilir
15:42 19 Sentyabr 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Musa Quliyev Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınların ödənişsiz əsaslarla oxumasının təmin edilməsini təklif edib
“Report” xəbər verir ki, o, çıxışında dünyanın bir çox ölkələrində belə qadınların pulsuz təhsil aldığını xatırladıb.
M.Quliyev qeyd edib ki, həmin qadınlar ödənişli əsaslarla universitetə qəbul olsalar da, onlara ödənişsiz qaydada oxumaq üçün imkan yaradılır: “Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün gedib pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, ya çoxdur”.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycanda-hamile-ve-2-yasadek-korpesi-olan-qadinlar-ucun-tehsilhaqqinin-legv-edilmesi-teklif

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR