Pensiyalar artıb: 430 manat

Azərbaycanda neftçilərin əməyinə verilən yüksək qiymət onların pensiya təminatında da öz təsdiqini tapır. Bu təbəqədən olan pensiyaçıların orta aylıq pensiya məbləği 430,8 manat təşkil edir.

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb.

23 il bundan əvvəl 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində neft kontraktlarından ibarət “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dinamik və uzunmmüddətli sosial-iqtisadi inkişafında, dövlət müstəqilliyimizin ildən-ilə möhkəmlənməsində güclü əsas yaradıb. Həmin əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq və milli iqtisadiyyatın inkişafında neft sənayesinin əhəmiyyəti nəzərə alınmaqla, Ulu Öndərimizin 16 avqust 2001-ci il tarixli Sərəncamına əsasən, hər ilin 20 sentyabr günü ölkəmizdə “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu günlərdə “Əsrin müqaviləsi”nin davamı olaraq, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da ölkəmizin perspektiv inkişafında yeni dövr açır.

Respublikanın neft sənayesində əldə olunan mühüm tarixi nailiyyətlər bu sahədə çalışan, ölkənin iqtisadi inkişafına dəyərli töhfələr verən insanlara dövlət qayğısının mütəmadi olaraq artması ilə müşahidə edilir. Bu amil Azərbaycan neftçilərinin pensiya təminatında da aydın şəkildə öz təsdiqini tapır. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində işləyən vətəndaşlar qanunvericilikdə yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün müəyyən edilmiş yaş həddindən daha tez yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər.

Bu gün Azərbaycan neftçiləri ölkəmizin sığorta-pensiya sisteminin ən fəal iştirakçıları sırasındadırlar. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödənişinə görə sığortaedənlər arasında ən yüksək xüsusi çəkiyə malik bir qurumdur. Yalnız bu ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sənayesində işləyən sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği 96 milyon manatdan çox olmuşdur.

Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR