Baş Prokurorluq: “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir

Baş Prokurorluq: “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir
15:52 19 Sentyabr 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ ““Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir”.
Bu barədə “Report”a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.
Həmçinin bildirilib ki, “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bas-prokurorluq-turan-i-nformasiya-agentliyi-barede-her-hansi-mehdudiyyet-tedbirleri-kecirilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR