Qazaxıstanda iqtisadi artım 6 illik maksimuma çatıb

Qazaxıstanda iqtisadi artım 6 illik maksimuma çatıb
16:02 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Qazaxıstan 2017-ci ilin yanvar-avqust aylarında 4,3%-lik iqtisadi artıma nail olub. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Ruslan Dalenov məlumat verib.
"İyulda iqtisadi artım bir az yavaşladıqdan sonra avqustda yenidən sürətlənib və illik 4,3% təşkil edib. Ən çox artım - 8,5% - sənayedə qeydə alınıb. Buna səbəb dağ-mədən hasilatı sənayesinin 11,3%, sənaye emalının isə 6,1% artması olub". Qeyd edək ki, iqtisadi artım göstəricisi son 6 ilin ən yüksək səviyyəsinə çatıb.
Qazaxıstan İqtisadiyyat Nazirliyi 2017-ci ilin yekununda ÜDM-in 3,4% artacağını proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qazaxistanda-iqtisadi-artim-6-illik-maksimuma-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR