Türk Şurası İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi statusu almaq fikrindədir

Türk Şurası İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi statusu almaq fikrindədir
16:07 19 Sentyabr 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türk Şurasının baş katibi Ramil Həsənov BMT nəzdində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) daimi müşahidəçisi Aqşin Mehdiyevlə görüşüb.
"Report"un Türk Şurasının Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər iki struktur arasında mövcud əməkdaşlıq səviyyəsini müzakirə ediblər.
Görüşdə R.Həsənov Türk Şurasının fəaliyyətinə dair məlumatı verib və İƏT ilə münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
O, qeyd edib ki, İƏT-də müşahidəçi statusunun almaq üçün Şura gələcəkdə də daha böyük səylər göstərəcək.
Öz növbəsində, A.Mehdiyev təşkilatlar tərəfindən gələcəkdə həyata keçirilə biləcək birgə layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/turk-surasi-i-slam-emekdasligi-teskilatinda-musahideci-statusu-almaq-fikrindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR