İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ: torpaqlarımızla bağlı İKİ MÜƏMMA

İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ: torpaqlarımızla bağlı İKİ MÜƏMMA
16:08 19 Sentyabr 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan dünən sensasiya hesab oluna biləcək bəyanat verdi. Erməni nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması çərçivəsində işğal altındakı ərazilərin qaytarılmasının mümkünlüyündən danışdı və qeyd etdi: “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman, danışıqlar dayanar”.

Nalbandyanın bəyanatının məğzi o qədər də sensasiya deyil. Çünki “aprel döyüşləri”ndən sonra Qarabağ danışıqlarında işğal altındakı rayonların qaytarılması məsələsi gündəmdədir. Ötən ilin 16 may tarixində keçirilən Vyana, 20 sentyabrda isə baş tutan Sankt-Peterburq görüşləri bu konteksti əhatə edib.

Qarabağın qaytarılması prosesi başlandı - TƏHLİL



Sensasiya olan Nalbandyanın bunu açıq mətnlə bildirdi və məhz indi - Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı; Prezident İlham Əliyev BMT Baş Assambleyasının iclasında iştirak üçün Nyu-Yorka getdi; Serj Sarkisyan bir qədər gecikmə ilə də olsa Nyu-Yorka yola düşdü; Çox az ehtimal olsa da, prezidentlərin görüşü ola bilər - açıqlamasıdır.

Prezidentlərin Nyu-Yorkda görüşməsi az ehtimal olsa da, nazirlər səviyyəsində müzakirələrin olacağı istisna deyil.

Bakı son ŞƏRTİNİ İRƏLİ SÜRDÜ: Sarkisyan Azərbaycana gəldi və qapalı Qarabağ müzakirələri başladı



Ötən həftə “Aykakan Jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazırdı ki, İrəvanda qapalı Qarabağ müzakirələri gedir, həmçinin, Sarkisyan Qarabağa 4 günlük səfəri çərçivəsində bu məsələni müzakirə edib. Nalbandyanın son açıqlaması bu informasiyalar fonunda da diqqət çəkir.

Erməni siyasi şərhçi Naira Ayrumyan isə yazır: “Nalbandyanın bəyanatı göstərir ki, Ermənistan danışıqları Qarabağın statusunu möhkəmləndirmək üçün aparmır. Əksinə, biz müharibənin olmaması üçün əraziləri qaytarmaq və statusu güzəştə getməyi müzakirə edirik”.



Politoloq Qabil Hüseynli Nalbandyanın bəyanatını və Qarabağ ətrafında baş verənləri Publika.az-a şərh edib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın resepti üzrə hərəkət edir: “Ruslar 5 rayonun geri qaytarılması və bunun müqabilində Qarabağa keçici statusun verilməsini istəyir. Ermənilər də buna razıdır, amma 5 rayonu birdən yox, hissə-hissə boşaltmağı istəyirlər”.

Q.Hüseynli əlavə edib ki, danışıqlara stimul verən ABŞ-ın Qarabağ ətrafındakı 7 rayonun dərhal azad edilməsi fikri oldu.

“Bu fikir Rusiyaya təsir etdi və Moskva təşəbbüsün Vaşinqtonun əlinə keçməməsi üçün dərhal fəallaşdı. Bu fəallıq Putinin ətrafındakı politoloqların bəyanatları ilə kifayətlənir. Onlar 5 rayonun qaytarılmasını gündəmə gətirirlər, lakin Qarabağa keçici statusun verilməsi şərti var. Azərbaycan çətin ki, buna razı olsun, çünki bizim ərazi bütövlüyümüz pozulub və bunun bərpa olunması vacibdir. Ancaq Rusiya və bəzi ölkələrdə Qarabağa əlahiddə yanaşma sindorumu var. Halbuki, Dağlıq Qarabağ münaqişəsi də postsovet məkanındakı digər münaqişələrlə - Dnestryanı, Abxaziya - eynidir”, - deyə o bildiririb.

Politoloq Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlamasını şərh edərkən qeyd edib ki, müharibə variantı danışıqlardan daha aktualdır: “Danışıqlar dalana dirənib və bu gün müharibə daha aktualdır. Azərbaycan öz ordusunu daim gücəndirir və hazır vəziyyətdə saxlayır. Mütəmadi olaraq cəbhə bölgəsində hərbi təlimlər keçirilir. Güman ki, müharibə variantı ön plana keçib”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/213890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR