İraq neft hasilatını daha 1% azaltmağı təklif edib

İraq neft hasilatını daha 1% azaltmağı təklif edib
16:27 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ İraq, OPEC+ anlaşmasında iştirak edən digər ölkələrlə yanaşı neft hasilatının həcminin daha 1% azaldılması fikrini dəstəkləyib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı İraqın neft naziri Cabbar Əli Hüseyn əl-Lueybi verib.
Nazirin sözlərinə görə, OPEC+ anlaşmasının iştirakçıları bu istiqamətdə danışıqlar aparsa da, hələlik tam qərar alınmayıb. Qeyd edək ki, hazırda İraq neft hasilatının azaldılması ilə bağlı götürdüyü 210 min barel/gün həcmində öhdəliyi artıqlaması ilə yerinə yetirir və 4,32-4,35 mln. barel/gün neft hasil edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-raq-neft-hasilatini-daha-1-azaltmagi-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR