“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib
17:02 19 Sentyabr 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turunun “Kəpəz” – “Səbail” görüşünün yeri dəyişdirilib.
“Report” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, dəyişiklik “Kəpəz” klubunun müraciəti əsasında gerçəkləşib. Gəncə şəhər stadionunda təmir işlərinin davam etdiyini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL matçın sentyabrın 23-də “Dalğa Arena”da təşkilinə qərar verib.
VI turda meydan sahibi “Səbail”, hər iki klubun iştirakı ilə ikinci dövrənin oyununda isə “Kəpəz” təsdiqlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-sebail-gorusunun-yeri-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR