“Gazelli Group”da baş verən yanğın söndürülüb

“Gazelli Group”da baş verən yanğın söndürülüb
17:07 19 Sentyabr 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Gazelli Group”da baş verən yanğın söndürülüb.
Bunu “Report”a açıqlamasında “Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.
O bildirib ki, təxminən, 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.
Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gazelli-group-da-bas-veren-yangin-sondurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR