Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF

Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF
17:18 19 Sentyabr 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Şimali İraq kürd muxtariyyəti və İraq arasında danışıqlarda vasitəçilik edə, hətta Ərbilin hüquqlarının təminatçısı ola bilər.

Publika.az xəbər verir ki, bunu “Əl-Monitor” nəşrinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sentyabrın 25-də kürd muxtaryyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumunun İraq Konstitusiyasına zidd olduğunu söyləyən Çavuşoğlu referendum qərarını “böyük bir səhv” adlandırıb.

“Referendum kürd bölgəsinin maraqlarına da uyğun deyil və bölgənin təhlükəsizliyinə xidmət etməyəcək”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/213902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR