Belçika sahilində 70 il əvvələ aid sualtı gəmi AŞKAR EDİLDİ – 23 cəsəd...

Belçika sahilində 70 il əvvələ aid sualtı gəmi AŞKAR EDİLDİ – 23 cəsəd...
17:28 19 Sentyabr 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Publika.az xəbər verir ki, sahilə yaxın ərazidə Birinci dünya müharibəsi dövrünə aid alman sualtı gəmisi aşkar edilib. Bu haqda məlumatı Belçika hökumətinə istinadən Associated Press yayıb.

Qeyd edilir ki, Şimal dənizinin dibində tapılmış sualtı gəminin içində 23 dənizçi cəsədi də var.

Qərbi Flandriya əyalətinin qubernatoru Karl Dekalyuve bildirib ki, tapıntını həddindən artıq unikal hesab edirlər.

O həmçinin əlavə edib ki, alman dənizçilərinin cəsədləri ilə bağlı dərhal Almaniya səfirliyi ilə müzakirələrə başlanılıb.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/213904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR